AZ

Ançelotti "Real"ın daha bir futbolçusunu milliyə ÇAĞIRMAYACAQ

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti "Real"ın futbolçusu Eder Militaonu yığma komandaya çağırmayacaq.

Bizim.Media xəbər verir ki, bu barədə "El Chiringuito" məlumat yayıb.

Buna səbəb Madrid klubunun braziliyalı müdafiəçini məşqlərə davam etdirmək və istirahət vermək istəyi olub.
 

Daha öncə Ançelottinin "Real"ın digər braziliyalı oyunçusu Vinisius Juniyoru da növbəti milli komandalar fasiləsində yığmaya çağırmayacağı bildirilmişdi.


Qeyd edək ki, Karlo Ançelotti ötən mövsümün sonunda "Real"dan ayrılaraq Braziliya millisinin baş məşqçi vəzifəsinə keçib.

Bizim.Media

Seçilən
34
2
bizim.media

3Mənbələr