BAKI, 20 avqust. TELEQRAF
Odessa vilayətində partlayışlar eşidilib.
Teleqraf xəbər verir ki, ilkin məlumatlara görə, vilayətə "İsgəndər" əməliyyat-taktiki raket kompleksi ilə zərbə endirilib.
Zərbənin Tatarbunarı rayonundakı hədəfə endirildiyi bildirilir.
“Insider UA” nəşri isə Ukrayna səmasında təxminən 70 pilotsuz uçuş aparatının Kiyev və Poltava vilayətləri istiqamətində uçduğu barədə məlumat yayıb.