AZ

Tbilisidə tramvaylar bərpa olunur

Tbilisi meriyası tramvay xətləri layihəsinin alınması və müvafiq tikinti işlərinin görülməsi üçün tender elan edib.

 

Gundem.az teleqraf-a istinadən xəbər verir ki, bu barədə şəhər meri Kaxa Kaladze bildirib.

 

Onun sözlərinə görə, Avropa standartlarına cavab verəcək müasir tramvay xətti Tbilisinin mərkəzdən uzaq Didi Diğomi rayonu ilə “Didube” metrostansiyasını birləşdirəcək.

 

“Xəttin uzunluğu 7,5 kilometr təşkil edəcək və 11 dayanacaqdan ibarət olacaq. Tramvay mövcud ictimai nəqliyyat şəbəkəsinə inteqrasiya olunacaq”, - K.Kaladze söyləyib.

 

Qeyd edək ki, Gürcüstan paytaxtında ilk tramvay 1904-cü ildə fəaliyyətə başlayıb. Ekoloji təmiz ictimai nəqliyyat növü 2006-cı ilədək Tbilisi sakinlərinə xidmət edib.

Seçilən
45
1
gundem.az

2Mənbələr