İstanbulun Silivri rayonunda 3,6 bal gücündə zəlzələ baş verib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Təkanlar əhali arasında panikaya səbəb olub.
Hər hansı dağıntı və tələfat qeydə alınmayıb.