AZ

İsrail Müdafiə Qüvvələri Qəzzanın ətrafını nəzarətə götürməyə başlayıb

HƏMAS İsrail Müdafiə Qüvvələrinin (İMQ) Qəzza zolağında son hücumundan sonra "döyülmüş və əzilmiş partizan təşkilatı"dır.

"Report" "Times of İsrael"ə istinadən xəbər verir ki, bunu İMQ sözçüsü general-mayor Effi Defrin mətbuat konfransında bildirib.

"Biz terror istinadgahı olan Qəzza şəhərində HƏMAS-a, yer üstündə və yer altında terror infrastrukturuna zərbələri dərinləşdirəcək və əhalinin HƏMAS-la əlaqəsini kəsəcəyik", - deyə o bildirib.

Defrin bildirib ki, İMQ artıq şəhərin ələ keçirilməsi planlaşdırılan hücumdan əvvəl Qəzzada ilkin əməliyyatlara başlayıb.

"İMQ qüvvələri artıq Qəzza şəhərinin ətraflarını nəzarətə götürür", - deyə o bildirib.

Seçilən
33
8
report.az

10Mənbələr