Rusiya Ukraynanın Donetsk vilayətinin Konstantinovka şəhərində bazara raket zərbələri endirib.
Donetsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Vadim Filaşkin zərbələr nəticəsində azı 3 nəfərin həlak olduğu, 4 nəfərin yaralandığını açıqlayıb.
“Ruslar şəhərə 8 “Smerç” raketi atıblar, onlar qəsdən bazarı nişan alıblar”, – deyə Filaşkin bildirib.
Onun sözlərinə görə, həmçinin, 15 pərakəndə ticarət pavilyonu, 8 fərdi yaşayış evi, 6 çoxmərtəbəli bina, 1 mağaza, 2 avtomobil və elektrik xətti zədələnib./Globalinfo.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta