AZ

Göygöl sakini borc üstündə bıçaqlandı

Gununsesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

Göygöldə pul üstündə qonşular arasında baş verən dava bıçaqlanma ilə nəticələnib.

Gununsesi.info xəbər verir ki, hadisə Göygöl rayonunun Əzgilli kəndində qeydə alınıb.

Kənd sakini 1990-cı il təvəllüdlü Azər Məmmədov bıçaq yarası ilə öncə Göygöl rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncədə yerləşən tibb müəssisələrindən birinə yerləşdirilib.

Hazırda A.Məmmədovun vəziyyəti kafidir. İlkin məlumata görə, adıçəkilən şəxsi qonşusu Emin adlı şəxs 15 manat pul borcu səbəbindən yaranan mübahisə zəminində bıçaqlayıb.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
4
icma.az

5Mənbələr