AZ

Bakıda 15 istiqamətdə sıxlıq müşahidə olunur

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

“İki sahil” xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

2. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

3. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;

4. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

5. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində;

6. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;

7. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

8. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;

9. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər;

10. Binəqədi şosesi, metronun "Azadlıq prospekti" stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

11. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

12. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;

13. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

14. Koroğlu Rəhimov küçəsi, Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

15. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

Seçilən
97
49
ikisahil.az

10Mənbələr