AZ

"Həmin pulu Rəqsanə və ərinə şəxsən mən və qardaşım birlikdə vermişik" - Şikayətçi danışdı + VİDEO

1 milyon manatlıq dələduzluq ittihamı ilə həbs edilən müğənni Rəqsanənin işi üzrə zərərçəkmiş Məşədiəli Nağıyevin kürəkəni açıqlama yayıb.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Gündüz Məmmədov açıqlamasında Rəqsanəyə qardaşı ilə birgə pul verdiyini deyib.

G.Məmmədovun sözlərinə görə, müğənnidən əlavə, bu məsələdə həyat yoldaşı Fazil Əmiraslanov da rol oynayıb: “2022-ci ildə qayınatamın vətəndaşlığının bərpası ilə bağlı problemi yaranmışdı. Rəqsanə və həyat yoldaşı Fazil Əmiraslanov özləri bizə müraciət etdilər. Dedilər ki, bəs, Rusiyanın hüquq-mühafizə orqanlarında yüksəkrütbəli tanışlar var, sizin işinizi həll edə bilərik. Onların adından istifadə edərək bizdən 520 min dollar pul aldılar. Qayınatamdan əlavə bizim ailə də pul qoymuşdu. Həmin pulu Rəqsanə və ərinə şəxsən mən və qardaşım birlikdə vermişik. Üstündən uzun müddət keçdikdən sonra anladım ki, onların yüksəkvəzifəli tanışı yoxdur, bizi aldadıblar. Kifayət qədər sübutlarımız-səs yazıları, videoçəkilişlər var. Nə qədər onlarla dil tapmağa çalışdıq, amma nəticə əldə etmədik. Sonda hüquq-mühafizə orqanlarına müraciət etrmək məcburiyyətində qaldıq”.

Seçilən
13
25
mia.az

10Mənbələr