Bu barədə Aktual.az-ın sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, rəqəmsal iqtisadiyyatın sürətli inkişafı fonunda bu sahədə beynəlxalq nəzarət mexanizmləri də genişləndirilir.
CARF-a qoşulma prosesi yekunlaşdıqdan sonra xarici ölkələrin vergi orqanları Azərbaycan vətəndaşlarının kriptovalyutadan əldə etdikləri gəlirlər barədə məlumatı avtomatik şəkildə Dövlət Vergi Xidmətinə təqdim edəcəklər. Bu isə həm şəffaflığın artırılmasına, həm də kriptovalyuta əməliyyatlarına nəzarətin gücləndirilməsinə imkan verəcək.
Xatırladaq ki, Azərbaycanda kriptovalyuta almaqla gəlir əldə edənlər vergi ödəməli olacaq.