AZ

Bursada ciddi içməli su böhranı yaranıb

Türkiyənin şimal-şərqində yerləşən Bursa şəhərində içməli su ehtiyatlarında kəskin azalma müşahidə olunur. Nilüfər su anbarı tamamilə quruyub, Doğanc su anbarının isə cəmi 19 faizi doludur. Hazırda şəhərin su ehtiyatının təxminən 35 günə çatacağı bildirilir.

Bursa Bələdiyyə Başçısı Mustafa Bozbey sentyabrın 1-də şəhərin su təchizatına gündə 110 min kubmetr su verəcək yeni su anbarının istifadəyə veriləcəyini açıqlayıb. O, sakinləri sudan qənaətlə istifadə etməyə çağıraraq, mümkün fasilələrin qarşısını almaq üçün diqqətli olmalarını xahiş edib.

Bələdiyyə rəhbərinin sözlərinə görə, su böhranını aradan qaldırmaq məqsədilə “Dolama yolu” adlı alternativ su xəttinin tikintisinə artıq başlanılıb.

Türkiyə mətbuatı isə 3,5 milyon əhalisi olan Bursada içməli suyun yaxın vaxtlarda tükənə biləcəyini xəbər verir.

Seçilən
23
1
veteninfo.az

3Mənbələr