Böyük Britaniyanın Xarici İşlər Nazirliyi (XİN) Rusiyaya qarşı sanksiyaların genişləndirildiyini bildirib.
“Report” xəbər verir ki, bu barədə XİN-in yeniləmələr siyahısında qeyd olunub.
"Rusiyaya qarşı sanksiya rejimi çərçivəsində səkkiz yeni mövqe əlavə edilib", - məlumatda qeyd olunub.
Yeni sanksiyalar beş təşkilata və üç fiziki şəxsə şamil edilib.
Xatırladaq ki, iyul ayında Böyük Britaniya kölgə donanması ilə əlaqəli 135 gəmini də sanksiya siyahısına daxil edib.