Şəki rayon prokuroru vəzifəsini icra edənMehman Xankişiyev Sabirabad rayon prokuroru təyin olunub.
ONN media xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Digər əmrlə Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin rəisi - idarə rəisinin müavini Anar Nəsibov Şəki rayon prokuroru vəzifəsinə təyin olunub.