Papa XIV Leo çərşənbə günü ümumi auditoriyada çıxış edərək Yaxın Şərq və Ukraynada atəşkəs çağırışı edib.
News365.az xəbər verir ki, o, avqustun 22-nin “sülh, ədalət və silahlı münaqişələrdə əziyyət çəkənlər üçün” dua və oruc günü olacağını açıqlayıb.
Roma Papası həmçinin Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki gərginliyi şərh edib.
Daha əvvəl o, İsrailin hücumu altında olan Qəzzada beynəlxalq humanitar qanunlara riayət etməyə çağırmışdı.