AZ

Laçın əbədi olaraq Azərbaycanındır! ŞƏRH

Ses qazeti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycan tarixində mühüm günlərdən biri olan 26 avqust, Laçın şəhərinin işğaldan azad olunduğu gündür. Bu gün təkcə bir coğrafi məkanın azad olunması deyil, eyni zamanda Azərbaycan xalqının əzmini, ordusunun gücünü və dövlətinin siyasi iradəsini simvolizə edən qürurverici bir tarixdir.

Laçın şəhəri Azərbaycanın Qarabağ bölgəsində yerləşən, strateji baxımdan son dərəcə mühüm əhəmiyyətə malik bir ərazidir. 1992-ci ilin may ayında Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Laçın, uzun illər ərzində düşmən tapdağında qalmış və bu müddət ərzində şəhər ciddi şəkildə dağıdılmış, tarixi-mədəni abidələr məhv edilmişdir. Lakin Azərbaycan xalqı heç zaman bu torpaqların işğalı ilə barışmayıb və həmişə onların azad olunacağı günü səbirsizliklə gözləyib.

2020-ci ilin sentyabr-noyabr aylarında baş verən 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixinə yeni bir səhifə kimi yazıldı. Müzəffər Azərbaycan Ordusunun və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu qələbə nəticəsində Laçın da daxil olmaqla bir sıra rayon və şəhərlər işğaldan azad edildi. 26 avqust 2022-ci il tarixində Azərbaycan Ordusu Laçın şəhərinə daxil oldu və bu mühüm hadisə xalqımız üçün bayram gününə çevrildi.

Laçının azad olunması, təkcə hərbi və siyasi uğur deyil, həm də mədəni və mənəvi qələbə idi. Bu torpaqlara yenidən həyat qayıtdı, bərpa və quruculuq işlərinə start verildi. Hazırda Laçın şəhərində genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir, yollar çəkilir, məktəblər, xəstəxanalar, mədəniyyət mərkəzləri inşa olunur. Ən önəmlisi isə artıq sakinlər öz dədə-baba yurdlarına qayıtmağa başlayıblar. Bu, ölkəmizin iqtisadi gücünün və sosial siyasətinin bariz nümunəsidir.

26 avqust – Laçın Şəhəri Günü, hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Bu tarix gələcək nəsillərə vətənə bağlılığın, birlik və bərabərliyin, mübarizənin və zəfərin simvolu kimi ötürüləcəkdir. Bu gün biz şəhidlərimizi ehtiramla yad edir, qazilərimizə minnətdarlıqla yanaşır və torpaqlarımızın azadlığı uğrunda canından keçən hər kəsin qarşısında baş əyirik.

Bu gün Laçında yeni ab-hava var. 30 ildən artıq Erməni əsarətində qalan laçında yeni həyat başlayıbdır. Düşmən üzərində tarixi qələbəmizdən sonra ölkə başçısı cənab İlham Əliyev dəfələrlə Laçına səfər edib və bu ərazilərdə həyata keçirilən tikinti-abadlıq, yenidənqurma işlərini xüsusi nəzarətdə saxlayır.

Laçın rayonu artıq azaddır. Bu torpaq öz sahiblərinə qovuşub və əbədi olaraq Azərbaycanındır!

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
sesqazeti.az

1Mənbələr