AZ

ABŞ-ın Türkiyədəki səfirinə çağırış edildi: Dəhliz tələb edirik

İsrailin druz lideri Şeyx Müvəffək Tarif ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barakdan Suriyanın cənubundakı Süveyda şəhərinə quru dəhlizi açılmasını istəyib.

Vətəninfo.az xəbər verir ki, Tarif bu barədə “Facebook” hesabından açıqlama verib.

O, Fransanın paytaxtı Parisdə Barak ilə görüşdüyünü bildirib. Dünən keçirilən görüşdə Süveydadakı vəziyyət müzakirə edilib.

Druz lideri Vaşinqton administrasiyasını Süveydada hərtərəfli və davamlı atəşkəs əldə etmək, şəhərə humanitar yardım çatdırmaq üçün ABŞ-ın zəmanət verdiyi quru dəhlizinin açılması və şəhər üzərindəki mühasirəni aradan qaldırmaq üzərində işləməyə çağırıb.

Məlumata görə, Barak da görüş zamanı qaldırılan bütün məsələləri təmin edən razılaşmanın əldə olunmasının vacibliyini vurğulayıb.

Seçilən
15
1
veteninfo.az

2Mənbələr