AZ

NDU-nun qalib startap komandaları ölkəmizi Türkiyənin Bilişim Vadisində təmsil etmək hüququ qazanıblar

Regionlarda innovasiyanın inkişafına təkan verən “İnnostart” layihəsinin qalib startapları bəlli olub. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi və "SUP VC" şirkətinin təşkilatçılığı ilə Azərbaycanın regionlarında da keçirilən “İnnostart” layihəsinin bu gün final mərhələsi keçirilib. 

Bu haqda “Xalq qəzeti”nə NDU-nun mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən məlumat verilib. 

Məlumatda qeyd olunur ki, layihənin icrası çərçivəsində 2024-cü ilin oktyabr ayından etibarən Naxçıvan Dövlət Universitetinin yaxından dəstəyi ilə muxtar respublikada iki dəfə hakaton təşkil olunub. Hakatonların yekununda seçilən qalib komandalar üçün investisiya imkanları yaradılıb, eyni zamanda onların “Grand Final” mərhələsinə hazırlıqları məqsədilə 3 aylıq təlim proqramları keçirilib. Təlimlərdə öz sahəsində peşəkar və tanınmış mentorlar iştirak edərək komandaların bilik və bacarıqlarının artırılmasına töhfə veriblər.

Avqustun 20-də isə Bakıda keçirilən “İnnostart” final tədbirində Naxçıvan Dövlət Universitetinin tələbələrindən ibarət dörd komanda ölkənin müxtəlif ali təhsil müəssisələrinin komandaları ilə birlikdə final mərhələsində mübarizə aparıblar.

Layihə çərçivəsində finala yüksələn 17 startap arasından “Backlify“, “SaleX“, “Specdeaf“, “İmYen“ startapları ümumi dəyəri 50 min manat olan mükafat fonduna layiq görülüblər. Belə ki, final mərhələsində, ümumilikdə 4 komanda qalib gəlib ki, onlardan ikisi NDU-nu təmsil edən komandalar olub. “İmYen“  və “Specdeaf“,  komandalarının hər biri 12 500 manat investisiya dəyərində mükafat qazanıblar. Qalib komandalar Türkiyənin Bilişim Vadisində inkubasiya proqramında iştirak etmək hüququ əldə ediblər. 

Seçilən
41
3
xalqqazeti.az

4Mənbələr