AZ

İlk dəfə “Miss Universe 2025”də iştirak edəcəklər

Fələstin ilk dəfə “Miss Universe 2025” müsabiqəsində təmsil olunacaq.

“Qafqazinfo” xəbər verir ki, Fələstini təmsil edəcək ilk qadın 27 yaşlı Nadeen Ayoubdur.

O bu barədə öz instaqram hesabında məlumat paylaşıb.

2022-ci ildə “Miss Palestine” seçilən Ayoub 130-dan çox ölkə təmsilçiləri ilə eyni səhnəni paylaşacaq.

Qeyd edək ki, noyabrın 21-də Tailandın paytaxtı Banqkokda 74-cü “Miss Universe” müsabiqəsinin finalı keçiriləcək.

Seçilən
51
2
qafqazinfo.az

3Mənbələr