AZ

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Avqustun 20-də paytaxtın Xətai rayonu ərazisində yerləşən mənzillərdən birində 1965-ci il təvəllüdlü Firdovsi Həsənovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun mətbuat xidmətindən “Cebheinfo.az”-a  verilən məlumata görə, ilkin araşdırmalarla 1993-cü il təvəllüdlü Rəhim Qasımovun bıçaqla xəsarət yetirərək Firdovsi Həsənovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Rəhim Qasımov iş üzrə şübhəli şəxs qismində tutulub.

“Cebheinfo.az”

Seçilən
86
7
cebheinfo.az

10Mənbələr