AZ

Lavrov: Rusiyasız təhlükəsizlik təminatlarını müzakirə etmək dalana aparan yoldur

Rusiyanın xarici işlər naziri Serqey Lavrov Rusiyanın maraqlarını nəzərə almadan Urkayna münaqişəsində irəliləyişə nail olmağın mümkün olmadığını qeyd edib.

APA xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi yayıb.

Lavrov qeyd edib ki, "Ukraynanın təhlükəsizlik təminatları məsələsində 2022-ci ildə İstanbulda aparılmış danışıqlarda əldə olunan nəticələrə əsaslanmaq lazımdır" və Rusiya olmadan təhlükəsizlik təminatlarını ciddi şəkildə müzakirə etmək – "dalana aparan bir yol"dur.

O, həmçinin əlavə edib ki, Çin, ABŞ, Böyük Britaniya və Fransa bu məsələləri bərabərhüquqlu əsasda müzakirə etməlidir.

Nazir, həmçinin Moskvaya qarşı "Avropanın ABŞ-ın mövqeyini dəyişmək üçün etik olmayan cəhdlər etdiyini, Ağ Evdəki görüşdə isə heç bir konstruktiv təklif irəli sürülmədiyini" qeyd edib.
Seçilən
37
3
sherg.az

4Mənbələr