AZ

AZƏRBAYCAN HİBRİD MƏRHƏLƏSİNİ DƏ KEÇMƏLİDİR... Qəvami Sadıqbəyli yazır

Hurriyyet saytından verilən məlumata görə, ain.az xəbər verir.

Son günlər Moskvanın bəzi informasiya kanallarında yayılan xəbərlərdə bildirilirdi ki, guya Azərbaycan Rusiya ilə münasibətlərdən imtina edərək, Türkiyə, ABŞ və Avropaya üz tutmaqla Moskvaya “xəyanət” etmişdir. Həmin məlumatlarda iddia olunurdu ki, Kreml bu “xəyanəti” heç vaxt bağışlamayacaq və Moskva hərbi müdaxilə etmədən də artıq iqtisadi təzyiq alətləri ilə Bakını “məğlub etmişdir”.

Bu cür ritorika nəinki həqiqəti əks etdirmir;  əksinə, Moskvanın regionda itirilən mövqeyini gizlətmək üçün həyata keçirdiyi hibrid müharibə elementlərinin tərkib hissələrindən biridir. Əslində isə yürütdüyü yanlış siyasət ; Rusiya Fedarasiyasını yavaş-yavaş, günbəgün  çökdürür.

Azərbaycan 1991-ci ildən bəri suveren dövlət kimi özünün milli maraqlara əsaslanan - müstəqil xarici siyasətini müəyyən edir. Azərbaycanın Türkiyə, ABŞ və Avropa ilə əməkdaşlığı  heç bir dövlətə qarşı yönəlməyib, əksinə, bu rəsmi Bakının  beynəlxalq hüquqa əsaslanan suveren seçimidir.

Moskvanın “xəyanət” ittihamı əsassızdır. Müstəqil dövlətin öz milli maraqlarını müdafiə etməsi xəyanət deyil, beynəlxalq münasibətlərdə normal və legitim davranışdır.

Azərbaycan iqtisadiyyatının əsas dayağı neft-qaz ixracı, tranzit layihələri və genişlənən qeyri-neft sektorudur.

2022-ci ildən sonra Avropa İttifaqı ilə imzalanmış enerji müqavilələri sayəsində Azərbaycanın Avropaya qaz ixracı sürətlə artmış ; ölkə Avropanın enerji təhlükəsizliyində strateji tərəfdaşa çevrilmişdir.

TANAP və TAP kəmərləri vasitəsilə Azərbaycan qazı Türkiyə üzərindən Avropaya çatdırılır və bu, Rusiyadan asılılığı minimuma endirmişdir.

Azərbaycanın ixrac bazarları şaxələnmişdir : Avropa, Türkiyə, Asiya ölkələri və Ərəb dünyası ilə ticarət əlaqələri genişlənməkdədir. Bu səbəbdən Moskvanın “bazarları bağlamaqla Bakını çökdürməsi” iddiası reallıqdan uzaqdır.

Azərbaycan balanslaşdırılmış siyasət yürütməyə çalışır. Bakı həm Türkiyə və Qərblə strateji əməkdaşlıq edir;  həm də Rusiya ilə münasibətləri  gərginləşdirməməyə üstünlük verir. Bu xəyanət deyil ;  rasional dövlətçilik siyasətidir.

Moskvanın iqtisadi təzyiq ritorikası, əslində, region xalqlarını qorxutmaq məqsədi daşıyır. Ancaq bugünkü qlobal şərtlərdə bu yanaşma artıq keçərli deyil. Kreml informasiya kampaniyaları, iqtisadi şantaj və psixoloji təzyiq vasitələri ilə Azərbaycan üzərində təsir göstərməyə çalışır. Moskva Bakıya "XOX" gəlir. Azərbaycana qarşı  "hibrid" müharibəsi aparılır.

Lakin artıq bu alətlər nəticə vermir. Müstəqillik  "Karvanı" öz yolu ilə irəliləyir ; imperia ambisiyalı şovinist siyasətçilər isə bizi qorxuzmağa çalışır. Hesab edirik k, xalqımlz  bu mərhələni də səbir və dözümlə keçməlidir. Azərbaycan artıq bir çox alternativ bazarlara malikdir.

Bakı siyasi müstəqilliyini möhkəmləndirib və beynəlxalq tərəfdaşlığını genişləndirib.

Azərbaycan heç kimə xəyanət etməyib. Azərbaycan sadəcə öz milli maraqlarını qoruyub və gələcəyini daha dayanıqlı tərəfdaşlıqlarla təmin etməyə çalışır. Kreml anlamalıdır ki, XXI əsrdə beynəlxalq münasibətlər təhdidlər üzərində deyil, əməkdaşlıq və qarşılıqlı hörmət üzərində qurulmalıdır.

Qəvami SADIQBƏYLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
1
hurriyyet.az

2Mənbələr