Göygöldə bıçaqlanma olub.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Çaykənd kəndi ərazisində baş verib.
Kənd sakini 1990-cı il təvəllüdlü A.Məmmədov qarnın kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
Dərhal 35 yaşlı kişi əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov