AZ

Daha iki ünvanda avtobus zolağında minib-düşmə yeri yaradıldı

Bakıda avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsini təmin etmək üçün xüsusi yerlərin yaradılması davam etdirilir.

 

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

 

Məlumata görə, növbəti belə yerlər Cəfər Cabbarlı və Bəsti Bağırova küçələrinin kəsişməsində (“Caspian Plaza”nın qarşısı), eləcə də 8 Noyabr prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsində (2 saylı “ASAN Xidmət” mərkəzinin yaxınlığı) təşkil edilib.

 

Hər iki ünvanda müvafiq lövhələr yerləşdirilib.

Tarix: 20 Avqust 2025, 15:24   
Seçilən
10
21
pravda.az

10Mənbələr