AZ

Bir vəkilin fəaliyyətinə xitam verilib - Altısına xəbərdarlıq edilib

Həkimlərin əməliyyat və ya konsultasiya zamanı xəstənin icazəsi olmadan video və foto çəkilməsi, əməliyyatxanada qeyri-peşəkar davranışlar, məsələn, rəqs etməsi  etik davranış qaydalarının ciddi şəkildə pozulmasıdır.

Belə hallar həm xəstələrin hüquqlarını pozur, həm də həkim peşəsinə olan etimadı azaldır.

Bu kimi hallar həkim etikası baxımından necə qiymətləndirilir?

Mövzu ilə bağlı “Cebheinfo.az”- a açıqlama verən həkim, tibbi ekspert Rasif Bağırov bildirib ki, xəstənin icazəsi olmadan reklam və görüntü paylaşmaq etik deyil:

“Ümumiyyətlə, həkimin görəcəyi işlə bağlı hər hansı bir reklam prosesinin aparılması, eyni zamanda reklam üçün xəstənin icazəsi olmadan istifadə qanunla qəti şəkildə qadağandır. İkinci ən əsas tərəf isə odur ki, özünə hörmət edən həkim görəcəyi işdən ötrü foto, reklam çəkilişləri edib ictimailəşdirməz. Bu, həm həkim etikasına, həm də tibbi prosedurların həyata keçirilməsinə uyğun deyil. Belə hallar Səhiyyə Nazirliyi və digər səhiyyə təşkilatları tərəfindən qadağan olunub”. 

Həkim qeyd edib ki, əməliyyat və prosedur zamanı reklam çəkilişi təhlukə yarada bilər:

“Bəzən xəstəni qəbul edən həkim hətta nəyinsə müqabilində özünü təriflədir və bunu videogörüntüyə çəkir. Əslində xəstənin icazəsi ilə də bunu etmək olmaz. Həkim etikasında belə hallar yolverilməzdir. Ola bilər ki, videogörüntüyə alınan əməliyyat uğurlu başa çatmadı.

Belə hallarda həkimin bu vəziyyəti ictimaiyyətə çatdırmayacağı bəllidir. Əməliyyat və prosedur zamanı reklam çəkilişi, müdaxilələr xəstənin sağlamlığına təhlükə törədə bilər. Ona görə də tibbdə belə hallara icazə verilmir”. 

Gülər

“Cebheinfo.az”

Seçilən
46
cebheinfo.az

1Mənbələr