AZ

İran dənizdə raket təlimləri keçirəcək

Bu barədə təlimin sözçüsü kapitan Abbas Həsəni yerli mətbuataməlumatverib. O bildirib ki, "Eghtedar Paydar ("Dayanıqlı Qüvvət") 2025" adlanan təlimlərdə İran Silahlı Qüvvələri yerüstü hədəfləri vurub sıradan çıxarmaq məqsədilə qısa, orta və uzun mənzilli qanadlı raketləri sınayacaq.

"Təlimlər suüstü, sualtı, hava, sahil və dəniz raket bölmələrinin iştirakı ilə baş tutacaq. Təlimlərdə pilotsuz uçuş aparatları (PUA) da işlədiləcək",– Həsəni deyib.

Digər tərəfdən, bu gün İranın müdafiə naziri Əziz Nəsirzadə yerli mətbuata müsahibəsində diqqətə çatdırıb ki, İsrailin gələcəkdə mümkün hücumuna qarşı daha böyük imkanlara malik raketlər hazırlanıb.
İran İsraili yeni raketlərlə hədələyir

"12 günlük müharibədə işlətdiyimiz raketlər bir neçə il əvvəlin istehsalı idi. Hazırda onlardan qat-qat artıq imkanlara malik raketlər düzəldib hazır saxlamışıq. İsrail yenidən "macəraya atılarsa", həmin raketləri işə salacağıq",– nazir vurğulayıb. Hərçənd raketlərin "yeni imkanlar"ını açıqlamayıb.

Xatırladaq ki, iyunun 13-dən 25-dək İran və İsrail arasında raket hücumlarına əsaslanan müharibə baş verib. ABŞ-nin də İsrail tərəfinə dəstək verdiyi müharibə ərzində İran ərazisindəki bir çox nüvə obyekti hədəfə alınaraq sıradan çıxarılıb.

Firudin Həmidli
AzVision.az
Seçilən
49
11
azvision.az

10Mənbələr