AZ

İran donanması raket təlimləri keçirəcək

İran Hərbi Dəniz Qüvvələri sabah raket təlimlərinə start verəcək.

İran mətbuatına xəbər verir ki, döyüş gəmiləri, sualtı döyüş gəmiləri, uçuş aparatları, sahil və dəniz raket qüvvələri, elektron müharibə sistemləri Hind Okeanının şimal hissəsində və Oman Dənizində baş tutacaq təlimlərdə iştirak edəcək.

Təlimlərin iki gün davam edəcəyi gözlənilir.

Xatırladaq ki, bu ilin iyul ayının sonunda Rusiya İranla Xəzər dənizində birgə CASAREX-2025 hərbi təlimlər keçirmişdir.

Bunun ardınca avqust ayında Azərbaycan cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrində “Dəniz enerji infrastrukturunun mühafizəsi və müdafiəsi” mövzusunda döyüş atışlı taktiki təlim keçirib.

Seçilən
22
1
veteninfo.az

2Mənbələr