Ermənistan Prezidenti Vahan Xaçaturyan müvafiq fərman imzalayaraq Vahan Atabekyanı Livandakı fövqəladə və səlahiyyətli səfir vəzifəsindən geri çağırıb.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Rəsmi məlumata görə, qərar baş nazirin təqdimatı əsasında, “Sərhəd haqqında Qanun”un 132-ci maddəsinə və “Diplomatik xidmət haqqında Qanun”un 14-cü maddəsinə uyğun qəbul edilib. Vaaqn Atabekyan 2018-ci ildən Ermənistanın Livandakı səfiri idi.
Xatırladaq ki, 17 avqustda dini ayin zamanı Kilikya Katolikosu I Aram (Livan paytaxtı Beyrutda yerləşir)Vaşinqtonda imzalanmış Azərbaycan–Ermənistan razılaşmasına münasibət bildirərək, sənədin erməni xalqına “detallı təqdim olunmalı” olduğunu iddia etmişdi. O, birtərəfli güzəştlərdən və “şübhəli bəndlərdən” danışaraq Ermənistanın təhlükə ilə üzləşə biləcəyini irəli sürmüş, həmçinin Qarabağ məsələsini yenidən gündəmə gətirmişdi. Bu açıqlamalar erməni kilsəsinin siyasi məqsədlərlə dini tribunanı sui-istifadə etdiyini bir daha ortaya qoymuşdu.
Bunun fonunda Livandakı səfirin geri çağırılması yerli ictimaiyyətdə maraq doğurub.
“Cebheinfo.az”