AZ

Axşam smartfondan istifadə yuxu keyfiyyətinipozur

Klinik psixoloq Yuliya Denisova-Melnikova sosial şəbəkələrdə qısa videolara baxmağın gizli təhlükəsindən danışıb.

Redaktor.az xəbər verir ki, onun fikirləri “Abzats” nəşrində yayımlanıb.

Psixoloqun sözlərinə görə, daimi bildirişlər və sürətli informasiya axını beyni yükləyir, çünki o, daxil olan məzmunu tam emal etməyə vaxt tapmır. Parlaq ekranda qısa emosional videolar sinir sistemini həddindən artıq həyəcanlandırır və bu təsir hər dəfə yeni video açıldıqda təkrarlanır.

Denisova-Melnikova sosial şəbəkələrdən asılılığı alkoqolizm və qumarla müqayisə edib. O bildirib ki, xüsusən axşam saatlarında qadcetlərdən istifadə yuxunun keyfiyyətini pozur. İnsan kifayət qədər dincəlmir və yorğunluğunu aradan qaldırmaq üçün yenidən emosional məzmun axtarır. Psixoloq bu vəziyyəti “qapalı dövrə” adlandırıb.

Aytəkin TOFİQQIZI

Seçilən
27
1
redaktor.az

2Mənbələr