AZ

Azərbaycanın gənc hərbi pilotlarının məşqindən görüntülər

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

2025-ci ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya bölmələrində "Super Muşşak" təlim təyyarələri ilə təlim-məşq uçuşları yerinə yetirilib.

Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sağlamlıq vəziyyəti yoxlanıldıqdan, təhlükəsizlik qaydaları ilə tanışlıqdan və aviasiya vasitələrinə nəzarət baxışı keçirdikdən sonra uçuş heyətləri təlim-məşq uçuşları üzrə tapşırıqların icrasına başlayıblar.

Plana uyğun olaraq, gənc pilotlar qalxma, enmə, müəyyən edilmiş marşrutlar üzrə fərdi və aviasiya qrupları tərkibində uçuşların icra edilməsi, müxtəlif hündürlüklərdə pilotaj elementlərinin icrası və digər uçuş tapşırıqlarını uğurla yerinə yetiriblər.

Hərbi pilotlarımızın peşəkarlıq səviyyəsinin yüksəldilməsi və praktiki vərdişlərinin artırılması məqsədilə keçirilən təlim uçuşları zamanı qarşıya qoyulan məqsədlərə nail olunub.

Azərbaycanın gənc hərbi pilotlarının məşqindən görüntülər

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
58
25
oxu.az

10Mənbələr