AZ

Gənc hərbi pilotlarla təlim-məşq uçuşları keçirilib

BAKI, TurkicWorld

2025-ci ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya bölmələrində “Super Muşşak” təlim təyyarələri ilə təlim-məşq uçuşları yerinə yetirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sağlamlıq vəziyyəti yoxlanıldıqdan, təhlükəsizlik qaydaları ilə tanışlıqdan və aviasiya vasitələrinə nəzarət baxışı keçirdikdən sonra uçuş heyətləri təlim-məşq uçuşları üzrə tapşırıqların icrasına başlayıblar.

Məlumatda qeyd edilib ki, plana uyğun olaraq gənc pilotlar qalxma, enmə, müəyyən edilmiş marşrutlar üzrə fərdi və aviasiya qrupları tərkibində uçuşların icra edilməsi, müxtəlif hündürlüklərdə pilotaj elementlərinin icrası və digər uçuş tapşırıqlarını uğurla yerinə yetiriblər.

Sonda bildirilib ki, hərbi pilotlarımızın peşəkarlıq səviyyəsinin yüksəldilməsi və praktiki vərdişlərinin artırılması məqsədilə keçirilən təlim uçuşları zamanı qarşıya qoyulan məqsədlərə nail olunub.

Seçilən
21
27
turkic.world

10Mənbələr