AZ

Rusiyanın Ukraynaya hücumu nəticəsində 15 nəfər xəsarət alıb, ölən var

Rusiya qoşunlarının Ukraynanın Xerson və Sumı şəhərlərini atəşə tutması nəticəsində bir nəfər həlak olub, çoxlu sayda yaralı var.

Aktual.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.

Bildirilib ki, Rusiya qoşunlarının Xerson vilayətini atəşə tutması nəticəsində bir nəfər həlak olub, daha 3 nəfər yaralanıb. Xəsarət alanlardan biri uşaqdır.

Bundan başqa, Sumı vilayətində yerləşən Axtırk şəhərinə zərbələr nəticəsində 12 nəfər xəsarət alıb, onların arasında uşaqlar da var.

Seçilən
28
2
ulusum.az

3Mənbələr