AZ

Tovuzda müharibədən zərər çəkmiş regionda ekoloji problemlər müzakirə olundu

“Humanitar Tədqiqatlar” İctimai Birliyi Tovuz rayonunda növbəti maarifləndirmə tədbiri keçirib.

Ucnoqta.az xəbər verir ki, Tovuz Tarix Diyarşünaslıq Muzeyinin akt zalında keçirilən tədbirdə Tovuz rayonundan olan 21 gənc iştirak edib. 

Tədbiri giriş sözü ilə açan “Humanitar Tədqiqatlar” İctimai Birliyinin rəhbəri Mehriban Məmmədova həyata keçirilən layihənin ətraf mühitin mühafizəsi baxımından əhəmiyyətli olduğunu qeyd edib. 

M.Məmmədova bildirib ki, tədbir “Müharibədən zərər çəkmiş regionda gənclərin ətraf mühitin mühafizəsində rolunun artırılması” layihəsi çərçivəsində keçirilir: “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən layihə çərçivəsində sonuncu tədbiri bu gün Tovuzda keçiririk. Layihənin məqsədi müharibədən zərər çəkmiş regionda ekoloji problemlərin müəyyənləşdirilərək prioritetləşdirilməsi, həll yollarının tapılması, icma üzvü olan gənclərin ekoloji maarifləndirilməsi, qərar qəbuletmə prosesində iştirakının təmin olunması, ekoloji bərpa layihələrində fəal rol almasına dəstək verməklə ətraf mühitin mühafizəsinə nail olmaqdır. Bundan öncə Ağdam, Bərdə, Tərtər və Qazax rayonunda maarifləndirmə tədbiri keçirmişik. Keçirilən tədbirlərlə region gənclərinin ekoloji bilgisinin artırılması ilə mövcud ekoloji problemlərin müəyyənləşdirilərək prioritetləşdirilməsi, icma iştirakçılığının gücləndirilməsi və onların ekoloji bərpa layihələrində fəal rol almasının təşviq edilməsi nəzərdə tutulur”.

Daha sonra layihənin eksperti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov müharibə zamanı ekologiyaya və ətraf mühitə dəyən zərərlə bağlı təqdimat edib. Təqdimat zamanı Ermənistanın təcavüzkar siyasəti nəticəsində ekologiyaya vurulan zərər konkret rəqəmlərlə və fotolarla iştirakçıların nəzərinə çatdırılıb. Vurulan zərərin aradan qaldırılması üçün icma iştirakçılığının rolu diqqətə çatdırılıb. 

Daha sonra Tovuz rayonunda mövcüd ekoloji problemlər və onların həll yolları müzakirə edilib. Həmçinin tükənən və istifadəsi ətraf mühitə ziyan vuran istənilən məhsulun istifadəsi zamanı yaşıl düşüncənin tətbiqi, plastik tullantıların ətraf mühitə vurduğu zərər, tullantıların çeşidlənməsi, idarə olunması ilə ətraf mühitin mühafizəsi ilə bağlı müzakirə aparılıb. 

 

Seçilən
86
4
ucnoqta.az

10Mənbələr