AZ

İsrailin müdafiə naziri Qəzza şəhərinin ələ keçirilməsi əməliyyatını təsdiqləyib

İsrailin müdafiə naziri İsrael Kats Qəzza şəhərinin ələ keçirilməsi üçün “Gideonun arabaları -2” adlı hərbi əməliyyatı təsdiqləyib. Bu barədə İsrailin “Kan” telekanalı xəbər verir.

“Əməliyyatdan sonra Qəzza öz görkəmini dəyişəcək və bir daha əvvəlki kimi olmayacaq”, - müdafiə naziri bildirib.

Xəbərdə həmçinin qeyd olunub ki, İsrail ordusu ehtiyatda olan hərbçiləri cəlb etməyə başlayır. “Ynet”-in məlumatına görə, ordu Qəzza şəhərinə qurudan hücuma hazırlaşdığı bir vaxtda İsrail avqustun 20-də 80.000-ə qədər ehtiyata çağırış əmri göndərməyə başlayacaq.

Avqustun 18-də İDF-nin (SAXAL) Baş Qərargah rəisi Eyal Zamir “Gideonun arabaları” əməliyyatının növbəti mərhələsinə - anklavın ən böyük yaşayış məntəqəsi olan Qəzza şəhərinə hücuma hazır olduqlarını elan etdi. Onun sözlərinə görə, heyət artıq növbəti mərhələ üçün planlar hazırlayır.

Almaz Həsənli

Seçilən
82
oxumeni.az

1Mənbələr