İrandan Əfqanıstana qayıdan miqrantları daşıyan avtobus qəza törədib.
BBC xəbər verir ki, Əfqanıstanda baş verən hadisə nəticəsində 75 nəfər ölüb.
Üç nəfər ağır xəsarət alıb.
Bildirilib ki, avtobus İrandan qayıdan əfqanıstanlı miqrantları Kabul şəhərinə apararkən motosiklet və yanacaq daşıyan yük maşını ilə toqquşaraq qəzaya düşüb.
BMT-nin miqrasiya agentliyinin məlumatına görə, bu ilin başlanğıcından bəri İran və Pakistandan Əfqanıstana qayıdan miqrantların sayı təxminən 1.5 milyon hesablanıb.