İrandan Əfqanıstana qayıdan miqrantları daşıyan avtobus qəza törədib.
APA "BBC“-yə istinadən xəbər verir ki, Əfqanıstanda baş verən hadisə nəticəsində 76 nəfər ölüb.
3 nəfər ağır xəsarət alıb.
Bildirilib ki, avtobus İrandan qayıdan əfqanıstanlı miqrantları Kabul şəhərinə apararkən motosiklet və yanacaq daşıyan yük maşını ilə toqquşaraq qəzaya düşüb.
BMT-nin miqrasiya agentliyinin məlumatına görə, bu ilin başlanğıcından bəri İran və Pakistandan Əfqanıstana qayıdan miqrantların sayı təxminən 1.5 milyon hesablanıb.