AZ

Bloomberg: 10 ölkə Ukraynaya qoşun göndərməyə hazırdır

Təxminən 10 ölkə Ukraynaya təhlüksəizlik təminatı çərçivəsində qoşun göndərməyə hazırdır.

Bloomberg” agentliyinin mənbələrə istinadən verdiyi məlumata görə, təxminən 10 ölkə Ukraynaya sülh sazişi çərçivəsində öz qoşunlarını göndərməyə hazırdır.

Məlumata əsasən, 2025-ci il avqustun 19-da Avropa rəsmiləri Britaniya və Fransa qoşunlarının Ukraynaya göndərilməsi planını, onların sayını və dislokasiyasını müzakirə ediblər.

Böyük Britaniya hökuməti bildirib ki, Avropa hərbi nümayəndələri yaxın günlərdə ABŞ-dakı həmkarları ilə görüşəcək, məqsəd Ukrayna üçün etibarlı təhlükəsizlik zəmanətlərini dəqiqləşdirmək və hərbi dəstək qüvvələrinin yerləşdirilməsinə hazırlıq görməkdir – bu, döyüş əməliyyatlarının dayandırılması halında baş verə bilər.

“Axios” isə öz mənbələrinə istinadən yazır ki, Ukraynaya təhlükəsizlik zəmanətlərinin hazırlanması üzrə işçi komissiyaya ABŞ dövlət katibi Marko Rubio rəhbərlik edir. Nəşrə danışan bir ukraynalı rəsminin sözlərinə görə: “Yaxın günlərdə hamı təhlükəsizlik zəmanətləri üzərində gün çıxandan gün batana qədər işləyəcək. Ola bilər ki, həftənin sonuna qədər müəyyən bir aydın mexanizm formalaşsın.”

Seçilən
51
6
banker.az

7Mənbələr