AZ

Müğənni Rəqsanənin həbsinə dair iddialar: Aysun son nöqtəni qoydu - Video

Müğənni Aysun İsmayılova Rəqsanə İsmayılovanın həbsi barədə yeni faktlar açıqlayıb.

Referans   xəbər verir ki, ifaçı həbsin polis rəisi ilə mübahisəyə heç bir aidiyyatı olmadığını bildirib. 

O qeyd edib ki, aralarında bəzi şəxsi anlaşılmazlıqlar olsa da, məsələ öz həllini tapmışdı: 


"Son günlər bəzi xəbər portallarında anam Rəqsanə İsmayılovanın guya Xəzər Rayon Polis İdarəsinin rəisi haqqında paylaşdığı videolara görə həbs edildiyi yazılır. Mən bir övlad

olaraq bildirirəm ki, bu xəbərlər həqiqəti əks etdirmir və əssasızdır. Doğrudur, aralarında bəzi şəxsi anlaşılmazlıqlar var idi, amma məsələ öz həllini tapmışdı. Bu anamın polis

orqanları ilə problem yaşadığı demək deyil". 


Aysun İsmayılovanın sözlərinə görə, Rəqsanə İsmayılova onkoloji xəstəlikdən əziyyət çəkir:

"Anamın vəziyyəti məni narahat edir. Mən bir övlad olaraq onu itirmək qorxusu ilə yaşayıram. Çünki anam onkoloji xəstəlikdən əziyyət çəkir. Mənim 4 yaşında qardaşım və 5

yaşında bacım özbaşına qalıblar. Biz hər zaman hüquq mühafizə orqanlarına hörmət etmişik. Xüsusilə də Daxili İşlər Naziri Vilayət Eyvazovun uğurlu fəaliyyətinə ehtiramımız

sonsuzdur". 


 


Seçilən
79
13
referans.az

10Mənbələr