AZ

MİQ üzrə 1000-ə yaxın vakant yer birləşdirilib

MİQ üzrə müsabiqənin müsahibə mərhələsində 4 minə yaxın namizədin iştirak etməsi nəzərdə tutulub.

News24.az  xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə dair jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, müsabiqənin digər mərhələsi 22 avqustda həyata keçiriləcək:

"Bu mərhələdə azsaatlı vakant yerlər birləşdirilərək təqdim olunacaq. Bunun məqsədi müəllimlər üçün daha yüksək məvacibin verilməsidir".

N. İsmayılbəyli qeyd edib ki, birləşdirilmiş vakat yerlərin sayı 1000-ə yaxındır, bu vakant yerləri müxtəlif regionları əhatə edəcək.




Seçilən
123
22
news24.az

10Mənbələr