Vətəninfo.az xəbər verir ki, İrandan qovulan əfqan qaçqınları daşıyan avtobusun Herat-İslam Qala yolunda yük maşını və motosikletlə toqquşması nəticəsində onlarla insan həlak olub.
Talibanın Heratdakı yerli bölməsinin sözçüsü Əhmədullah Müttəqi bildirib ki, qəza nəticəsində 17-si uşaq olmaqla 71 nəfər həyatını itirib.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, İslamqaladan Qəndəhar istiqamətində hərəkət edən avtobus toqquşmadan sonra yanıb.
Yük maşını və motosikletin sürücüsü də dünyasını dəyişib.