AZ

İrandan deportasiya edilən 70-dən çox  əfqan qaçqın Heratda avtomobil qəzasında həlak olub 

Vətəninfo.az xəbər verir ki, İrandan qovulan əfqan qaçqınları daşıyan avtobusun Herat-İslam Qala yolunda yük maşını və motosikletlə toqquşması nəticəsində onlarla insan həlak olub.

Talibanın Heratdakı yerli bölməsinin sözçüsü Əhmədullah Müttəqi bildirib ki, qəza nəticəsində 17-si uşaq olmaqla 71 nəfər həyatını itirib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, İslamqaladan Qəndəhar istiqamətində hərəkət edən avtobus toqquşmadan sonra yanıb.

Yük maşını və motosikletin sürücüsü də dünyasını dəyişib.

Seçilən
20
veteninfo.az

1Mənbələr