AZ

Levitt: “Vladimir Putin Volodimir Zelenski ilə ikitərəfli görüşə razılaşıb”

ain.az xəbər verir, Ayna saytına əsaslanaraq.

“Ukrayna və Rusiya liderləri danışıq masası arxasına əyləşməyə hazır olduqlarını bildiriblər"

“Vladimir Putin Volodimir Zelenski ilə ikitərəfli görüşə razılaşıb”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Ağ Evin mətbuat katibi Karoline Levitt deyib.

Levittin sözlərinə görə, Donald Trampla söhbətində Ukrayna və Rusiya liderləri “danışıq masası arxasına əyləşməyə hazır olduqlarını bildiriblər”.

“Ona görə də bizim milli təhlükəsizlik komandamız hər iki ölkəyə bunu etməyə kömək edəcək”, - Levitt bildirib.

"Prezident Tramp həmişə deyirdi ki, bu müharibədə fikir ayrılığı olan və bu iki ölkə tərəfindən müzakirə edilməli və həll edilməli olan məsələlər var. Ona görə də o bu iki ölkənin birbaşa diplomatik danışıqlara getməsini istəyir", - o əlavə edib.

Putinin Trampla söhbətində Zelenski ilə ikitərəfli görüşə hazır olduğunu təsdiq edib-etmədiyini soruşduqda, Ağ Evin mətbuat katibi bunu bir neçə dəfə təsdiqləyib.

"Bu ideya prezidentin Putin, Zelenski və Avropa liderləri ilə danışıqları zamanı gündəmə gəldi. Və gördüyünüz kimi, NATO-nun baş katibi də daxil olmaqla, Ağ Evi tərk edən bütün Avropa liderlər razılaşdılar ki, bu, böyük ilk addımdır", - Levitt bildirib.

ABŞ prezidenti Donald Tramp bazar ertəsi Kreml lideri Putinlə danışdıqdan sonra Ukrayna və Rusiya liderləri arasında görüşə hazırlaşmağa başladığını açıqlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
ayna.az

1Mənbələr