Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski müharibənin dayandırılması məqsədilə birbaşa danışıqlar apara bilərlər. Vətəninfo.az xəbər verir ki, bu barədə avqustun 19-da ABŞ prezidenti Donald Tramp The Mark Levin Show radiolayihəsində bildirib.
Tramp deyib: “Mənim prezident Putinlə çox uğurlu görüşüm oldu. Prezident Zelenski ilə də uğurlu görüş keçirdim. İndi isə düşündüm ki, onların mənim iştirakım olmadan birbaşa görüşməsi daha yaxşı olar – sadəcə görək nəticəsi necə olacaq”.
Ağ Evin mətbuat katibi Kerolayn Livitt danışıqlar planının “hazırlıq mərhələsində” olduğunu, bir neçə variantın müzakirə edildiyini açıqlayıb. Onun sözlərinə görə, “hər iki lider danışıqlar masasına əyləşməyə hazırdır” və ABŞ prosesi dəstəkləməyə hazırdır.
Tramp bundan əvvəl öz sosial şəbəkəsi Truth Social üzərindən Putinin və Zelenskinin görüşünə hazırlıq getdiyini elan etmişdi. O, Vaşinqtonda Zelenski və Avropa liderləri ilə danışıqlardan sonra ikitərəfli görüşün, daha sonra isə üçtərəfli formatın mümkünlüyünü vurğulamışdı.
Moskva tərəfi isə təşəbbüsə ehtiyatla yanaşır. Rusiya XİN rəhbəri Sergey Lavrov “Rossiya-24” telekanalına açıqlamasında yüksək səviyyəli görüşlərin “maksimum ciddi hazırlıq tələb etdiyini” deyib və konkret planları təsdiqləməkdən imtina edib.
Bu arada Avropa paytaxtları mümkün sammit üçün meydan təklif etməyə başlayıb. Fransa prezidenti