AZ

Çempionlar Liqasında 4 oyun

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin növbəti oyunlar keçiriləcək.

İdman.biz xəbər verir ki, 4 qarşılaşma ilə mərhələnin ilk görüşlərinə yekun vurulacaq.

Günün maraqla gözlənilən matçlarından biri Türkiyədə baş tutacaq. İstanbulda "Fənərbaxça" Portuqaliya "Benfika"sını qəbul edəcək.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
20 avqust

23:00 "Fənərbağça" (Türkiyə) - "Benfika" (Portuqaliya)
23:00 "Bazel" (İsveçrə) - "Kopenhagen" (Danimarka)
23:00 "Seltik" (Şotlandiya) - "Kayrat" (Qazaxıstan)
23:00 "Budo/Qlimt" (Norveç) - "Şturm" (Avstriya)

Qeyd edək ki, pley-off mərhələsinin cavab oyunları avqustun 26-27-də keçiriləcək.

İdman.biz

Seçilən
63
7
idman.biz

10Mənbələr