AZ

Rövşən Nəcəfdən “Qarabağ”ın qələbəsinə reaksiya

ain.az bildirir, Axar.az portalına istinadən.

"Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqəni təmin edəcəyinə inanıram.

Axar.az xəbər verir ki, bu barədə AFFA prezidenti Rövşən Nəcəf sosial şəbəkə hesabında yazıb.

"Qarabağ" Futbol Klubunu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda, səfərdə Macarıstanın "Ferentsvaroş" komandasına qalib gəlməsi münasibətilə ürəkdən təbrik edirəm. İnanıram ki, təmsilçimiz cavab qarşılaşmasında da əzmkar mübarizə nümayiş etdirərək, turnirin Liqa mərhələsinə vəsiqəni təmin edəcək. Uğurlar, “Qarabağ”, - deyə qurumun prezidenti bildirib.

Qeyd edək ki, Azərbaycan çempionu səfərdə gerçəkləşən qarşılaşmada rəqibini 3:1 hesabı ilə üstələyib. Tərəflər arasında cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Qalib tərəf UEFA Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının əsas mərhələsinə qatılacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
41
16
axar.az

10Mənbələr