AZ

Bu göstəricilərə görə “Qarabağ”Çempionlar Liqasında liderdir!


UEFA-nın Çempionlar Liqasında pley-off matçları davam edir. Dünən gecə Azərbaycan təmsilçisi “Qarabağ” səfərdə Macarıstanın “Ferensvaroş” komandasına 3:1 hesabı ilə qalib gəlib. Bu, “Qarabağ”ın təsnifat mərhələsində keçirdiyi 5 oyunda 5-ci qələbəsi olub.

UEFA-nın hazırladığı statistik göstəricilərə əsasən, Qurban Qurbanovun komandası ən çox qalibiyyət əldə edənlər sırasında 1-ci yeri tutur. İkinci-üçüncü yerdə hərəyə 4 qələbə ilə “Malmö” (İsveç) və “Pafos” (Kipr) qərarlaşıb. “Qarabağ” daha bir göstəricidə TOP-5-in lideridir. Ağdam təmsilçisi təsnifat mərhələsində ən çox qol vuran komandadır - 13 qol. Bu, orta hesabla hər oyuna 2,6 qol deməkdir. Siyahıda ikinci-üçüncü yerləri hərəyə 11 qolla “Malmö” və “Srvena Zvezda” (Serbiya) tutur.

Mətləb

Seçilən
9
5
baki-xeber.com

9Mənbələr