AZ

“Qarabağ” bu göstəricilərdə Çempionlar Liqasında liderdir!

ain.az bildirir, Qol.az saytına əsaslanaraq.

UEFA-nın Çempionlar Liqasında pley-off matçları davam edir. Dünən gecə Azərbaycan təmsilçisi “Qarabağ” səfərdə Macarıstanın “Ferensvaroş” komandasına 3:1 hesabı ilə qalib gəlib.

QOL.az-ın xəbərinə görə, bu, “Qarabağ”ın təsnifat mərhələsində keçirdiyi 5 oyunda 5-ci qələbəsi olub. 

UEFA-nın hazırladlğı statistik göstəricilərə əsasən, Qurban Qurbanovun komandası ən çox qalibiyyət əldə edənlər sırasında 1-ci yeri tutur. İkinci-üçüncü yerdə hərəyə 4 qələbə ilə “Malmö” (İsveç) və “Pafos” (Kipr) qərarlaşıb.

“Qarabağ” daha bir göstəricidə TOP-5-in lideridir. Ağdam təmsilçisi təsnifat mərhələsində ən çox qol vuran komandadır - 13 qol. Bu, orta hesabla hər oyuna 2,6 qol deməkdir. Siyahıda ikinci-üçüncü yerləri hərəyə 11 qolla “Malmö” və “Srvena Zvezda” (Serbiya) tutur.

Maraqlıdır ki, “Qarabağ” təsnifat mərhələsində topa ən çox sahib olan komandaların sırasında da liderdir. Azərbaycan çempionunda bu göstərici 62 faizdir. İkinci yerdə “Srvena Zvezda” (54 faiz), üçüncü yerdə “Reyncers” (Şotlandiya, 52 faiz) qərarlaşıb.

Ağdam təmsilçisi dəqiq ötürmə faizinə (84) görə isə üçüncü pilləni tutur. 

Fərdi oyunçulara gəlincə, “Qarabağ”ın mərkəz müdafiəçisi Kevin Medina bu baxımdan fərqlənib. 32 yaşlı kolumbiyalı topu ələ keçirməyə görə (12 dəfə) liderdir. O, həmçinin “podkat”la top almağa (4 dəfə), topu uzaqlaşdırmağa (13 dəfə) görə də birinci yerləri tutur.

Xatırladaq ki, “Qarabağ”la “Ferensvaroş” arasında cavab oyunu avqustun 27-də Bakıda keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
8
qol.az

10Mənbələr