Bakı.Trend:
Azərbaycandan xarici bazarlara pomidor ixracında ciddi artımmüşahidə olunur.
Trend xəbərverir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu ilin yanvar-iyul aylarında ölkəmizdən143,577.7 ton pomidor ixrac edilib. Pomidor ixracının ümumi dəyəri157 milyon dollara yaxındır.
Qeyd edilib ki, bu ilin ilk 7 ayı ərzində pomidor ixracında həcmolaraq 22,8%, dəyər olaraq 12,4% artım qeydə alınıb.
Məlumatda bildirilib ki, xarici bazarlara kənd təsərrüfatıməhsullarının ixracı davam edir.