Əfqanıstanın Herat əyalətində avtobus motosiklet və yük maşını ilə toqquşub.
Modern.az bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir.
Hadisə nəticəsində 71 nəfər, həyatını itirib, onlardan 17-si uşaqdır.
"Əl-Cəzirə" telekanalının məlumatına görə, avtobusda bir müddət əvvəl İrandan deportasiya edilmiş qaçqınlar olub.
Əyalət polisi qəzaya avtobus sürücüsünün sürət həddini aşması və yol hərəkəti qaydalarını pozması səbəb olduğunu bildirib.