AZ

"Ferentsvaroş"un baş məşqçisi: "Qarabağ" cütün taleyini həll etdiyini düşünür"

"Oyundan sonra futbolçularıma dedim ki, "Qarabağ" cütün taleyini həll etdiyini düşünür. Onlardan rəqibin necə sevindiyinə baxmalarını istədim".

Fanat.Az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Qarabağ"a 1:3 hesabı ilə uduzan "Ferentsvaroş"un baş məşqçisi Robbi Kin mətbuat konfransında deyib.

İrlandiyalı mütəxəssis əlavə edib:

"Rəqibin bu qarşılaşmadan sonra sevinməsi bizim üçün böyük motivasiya olmalıdır. Bakıdakı qarşılaşmada daha yaxşı oynamağa məcburuq. Bentse Etvöşün yoxluğu hiss olundu. Təssüf ki, əsl "6 nömrə" bu matçda bizə kömək edə bilmədi. Futbolda hər şey mümkündür. Çətin vəzifənin öhdəsindən gələ bilərik".

 

Seçilən
19
fanat.az

1Mənbələr