"Ferensvaroş"un prezidenti Qabor Kubatov Azərbaycanın “Qarabağ”ı Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda qazandığı qələbə münasibətilə təbrik edib.
Sportinfo.az xəbər verir ki, bu barədə Qabor Kubatov sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda deyilir:
“ “Qarabağ”ı təbrik edirəm. Bu gün hər şeyi düzgün etdilər. Amma biz heç vaxt təslim olmayan komandayıq. İrəli, “Ferensvaroş!””.
"Qarabağ" Budapeştdə keçirilən ilk matçda "Ferensvaroş"u 3:1 hesabı ilə məğlub edib.